AZ

SON DƏQİQƏ: Sabiq nazir həbs edildi

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili külli miqdarda rüşvət almaqda ittiham olunaraq həbs edilib. Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Liluaşvilinin qanunsuz əməlləri ifşa olunub. Keçmiş yüksək vəzifəli şəxs barəsində cinayət işi açılıb və onu 11 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

Seçilən
77
veteninfo.az

1Mənbələr