AZ

Azərbaycanın voleybol çempionatlarında komanda sayının artırılması nəzərdə tutulub

Kişi və qadın voleybolçular arasında keçirilən Azərbaycan Yüksək Liqalarında komanda sayının artırılması nəzərdə tutulub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.

Bildirilib ki, AVF tərəfindən Yüksək Liqada çıxış edən klubların sayının 10-12-yə qədər artırılması hədəflənib və bu istiqamətdə artıq bir neçə tərəfdaşlarla danışıqlar baş tutub.

Qeyd edək ki, hazırda qadınların yarışında 9, kişilərin turnirində 6 komanda mübarizə aparır.

"Cebheinfo.az"

Seçilən
12
3
cebheinfo.az

4Mənbələr