AZ

Lüks, performans və italyan ruhunun yeni ünvanı “Ferrari Tbilisi”də

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi şəhərində avtomobil dünyasının əfsanəsi “Ferrari” üçün yeni bir səhifə açılıb. 

“Qafqazinfo” xəbər verir ki, “Nazar Holdings” tərəfindən açılan “Ferrari Tbilisi” Gürcüstanda lüks və performans anlayışını yeni səviyyəyə qaldırır.

Açılış mərasimində Gürcüstanın Baş naziri Irakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze və İqtisadiyyat və Dayanıqlı İnkişaf Naziri Mariam Kvrivishvili  iştirak edərək bu hadisəni paytaxtın beynəlxalq lüks brendlər xəritəsində mövqeyini gücləndirən mühüm addım kimi dəyərləndiriblər.

Ali Nazar bildirib ki, “Ferrari Tbilisi” yalnız avtosalon deyil, eyni zamanda Ferraristi üçün yeni görüş və ilham məkanı olacaq. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
qafqazinfo.az

1Mənbələr