AZ

THY İrəvana birbaşa uçuşlara başlayır – Bu tarixdən

Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” (THY) 2026-cı il martın 11-dən etibarən İstanbul–İrəvan marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.

Onun sözlərinə görə, sözügedən qərar iki ölkə arasında əlaqələrin normallaşdırılması istiqamətində atılan növbəti mühüm addım kimi qiymətləndirilir. Kılıç qeyd edib ki, THY martın 11-dən etibarən hər gün reyslər həyata keçirəcək.

Qeyd olunur ki, indiyədək İstanbul və İrəvan arasında hava əlaqəsini əsasən “Pegasus Airlines” təmin edib. Yeni qərara əsasən, THY uçuşlarını İstanbul Hava Limanından, “Pegasus” isə Sabiha Gökçen Beynəlxalq Hava Limanından icra etməyə davam edəcək.

Məlumata görə, 14 maydan etibarən həftəlik uçuşların sayının 10-a, 15 iyundan sonra isə 14-ə çatdırılması planlaşdırılır.

Seçilən
34
1
7times.az

2Mənbələr