BAKI, 23 dekabr. TELEQRAF
Dekabrın 23-də 79 nömrəli körpələr evi-uşaq bağçasının elektrik şitində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil idarəsindən Teleqraf-ın sorğusuna cavab olaraq məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır.