Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən binada baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Yeni Klinikanın mətbuat xidmətindən bildirilib ki, pasiyentin vəziyyəti stabil ağır olaraq qalır.
Qeyd edək ki, Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli 21 noyabrda Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı həyatını itirib.
"Cebheinfo.az"