AZ

"Atam zəng edib dedi ki..." - Bakıda həbsdə olan Xaçatryanın qızı

Bakıda 15 il həbs cəzasına məhkum edilmiş Vaqif Xaçatryan ailə üzvləri ilə əlaqə saxlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə onun qızı Vera Xaçatryan erməni KİV-ə açıqlayıb. 

Onun sözlərinə görə, telefon danışığı dekabr ayının 19-da baş tutub: "Atam dekabrın 19-da bizə zəng etdi və dedi ki, yaxşıdır. Azərbaycan tərəfi bu zəngləri təşkil edir". 

Qeyd edək ki, qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan 2023-cü ildə məhkəmənin qərarı ilə 15 il müddətə azadlıqdan məhrum edilib. 

Ağarza Elçinoğlu

Seçilən
91
1
unikal.az

2Mənbələr