AZ

Neymar əməliyyat olundu

“Santos” ulduz futbolçusu Neymarın əməliyyat olunduğunu açıqlayıb.

Msport.az xəbər verir ki, 33 yaşlı hücumçunun medial meniskin cırılması səbəbilə artroskopiya əməliyyatı keçirdiyi bildirilib.

Əməliyyat uğurla başa çatıb və Neymarın durumu yaxşıdır. O, gün ərzində xəstəxanadan buraxılacaq və reabilitasiya prosesinə başlayacaq.

Qeyd edək ki, Neymar noyabr ayında San-Paulu şəhərində tibbi müayinədən keçmiş və onda menisk zədəsi aşkarlanmışdı. Buna baxmayaraq, o, Braziliya çempionatının 37-ci turunda “Juventude”yə qarşı oyunda (3:0) meydana çıxaraq 3 qol vurub. Həmin qələbə “Santos”un elitada qalmasını təmin edib.

Mövsümün yekununda “Santos” 47 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. 33 yaşlı Neymar mövsüm ərzində 28 oyunda iştirak edib və 11 qol vurub.

Seçilən
21
1
msport.az

2Mənbələr