AZ

Neymar əməliyyat olundu

Braziliyanın “Santos” klubu Neymarın əməliyyat olunduğunu açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, 33 yaşlı hücumçu medial meniskin cırılması səbəbilə əməliyyat keçirib.

Əməliyyatın uğurla başa çatdığı və futbolçunun vəziyyətinin yaxşı olduğu bildirilib. Neymar yaxın saatlarda xəstəxanadan buraxılacaq və reabilitasiyaya başlayacaq.

Qeyd edək ki, Neymar bu mövsüm “Santos”un heyətində 28 oyunda 11 qol vurub.

Seçilən
21
idmanxeber.az

1Mənbələr