ain.az, Hurriyyet portalına istinadən məlumat verir.
Hurriyyet.az xəbər verir ki, Türkiyənin Siirt vilayətində polis narkotik istifadə edən şəxslərin test nəticələrini dəyişdirənləri hədəfə alıb. Əməliyyat çərçivəsində 26 nəfər saxlanılıb.
Polis Siirt Təlim və Araşdırma Xəstəxanasına göndərilən şəxslərin narkotik testinin nəticələrinin dəyişdirildiyi barədə məlumat aldıqdan sonra hərəkətə keçiblər.
Xəstəxana rəhbərliyinin məlumatı ilə şübhəlilər təxminən iki ay ərzində fiziki və texniki cəhətdən izlənilib. Əməliyyat çərçivəsində 8 xəstəxana işçisi də daxil olmaqla 26 nəfər saxlanılıb. Hadisə ilə bağlı istintaq davam edir.
NURAY
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.