AZ

Vergi Məcəlləsi üzrə məlumatlandırma sessiyası keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2026-cı ilin büdcə-vergi siyasəti çərçivəsində vergi və sosial sığorta qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərlə bağlı sahibkar birlikləri və assosiasiyaları, ictimai birliklər, ticarət palataları, eləcə də digər vergi ödəyicisi qruplarının məlumatlandırılması məqsədilə mütəmadi görüşlər keçirir.

Bu çərçivədə “Ernst & Young Azərbaycan” MMC və Fransa – Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilmiş Vergi Məcəlləsi üzrə məlumatlandırma sessiyasında DVX-nin Vergi siyasəti baş idarəsinin əməkdaşları iştirak ediblər. Tədbir zamanı DVX nümayəndələri tərəfindən növbəti il üçün vergi və sosial sığorta qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərə dair təqdimatlar nümayiş etdirilib, biznes nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Seçilən
22
vergiler.az

1Mənbələr