AZ

Kasparov barəsində həbs qətimkan tədbiri seçilib

Bakı. Trend:

Rusiyada Moskva şəhər məhkəməsi şahmatçı və Rusiyanınölkəxaricində olan müxalifət liderlərindən biri Qarri Kasparovbarəsində qiyabi həbs qərarı çıxarıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“İttiham tərəfinin həbs formasında qətimkan tədbirinin seçilməsiilə bağlı vəsatəti təmin olunub”, -deyə Zamoskovoretsk məhkəməsininqərarında deyilir.

Məlumata əsasən, şahmatçı terrorçuluq fəaliyyətinə açıqçağırışlar etməsinə görə barəsində həbs qətimkan tədbiri seçilib.RF Cinayət məcəlləsinin həmin maddəsi beş ildən yeddi ilədəkazadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İyun ayında “Bloomberg”məlumat verib ki, Kasparovun CənubiSudanda dövlət çevrilişi hazırlığında iştirak edə biləcəyi iləbağlı iddia irəli sürmüşdü. Agentliyin məlumatına görə, şahmatçıCənubi Sudan müxalifətçisi Piter Adjakı Uol Stritdən olan maliyyəçiRobert Qranyeri ilə tanış edib. İddia olunur ki, bu görüşdən sonraQranyeri ölkədə hakimiyyətin dəyişdirilməsi üçün odlu silah,qumbaralar və səyyar zenit raket komplekslərinin alınmasına 7milyon dollar vəsait ayırıb.

Kasparov öz növbəsində bu əlbirlikdə iştirakını inkar edib. Obildirib ki, həyatının böyük hissəsini vətəndaş hüquqlarınınmüdafiəsinə və dünyada demokratiyanın təşviqinə həsr edib.

Məqalədə:
Seçilən
30
2
az.trend.az

3Mənbələr