AZ

“TikTok” hədiyyələri neçəyədir? ARAŞDIRMA

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son illərin ən çox istifadə olunan sosial şəbəkə platforması şübhəsiz ki, “TikTok”dur.

Üstəlik, bu göstərici sadəcə Azərbaycanda deyil, bütün dünyada belədir. İlk zamanlar bəzi ölkələr “TikTok”u qadağan edərək, qarşısını almağa çalışsalar da, böyük marağı əngəlləyə bilmədilər.

Nəticədə, sözügedən platforma hər gün milyonlarla aktiv istifadəçi saylarını rahatlıqla geridə buraxdı. “TikTok”un alqoritmləri sadə olduğu üçün paylaşılan videolar qısa zamanda böyük kütlələr tərəfindən izlənilə bilir. Yəni digər sosial şəbəkələrdən fərqli olaraq burada populyar olmaq və real izləyici yığmaq olduqca asandır.

Bunun üçün özününüz videolarınızı çəkərək minlərlə, milyonlarla baxışa nail ola bilərsiniz. “TikTok”u cəlbedici edən əsas məqam isə gəlir gətirməsidir. Belə ki, açdığınız canlı yayımlara gələn hədiyyələr əslində puldur.

Hər hədiyyənin özünəxas qiyməti var. Lakin qazancın 50 faizi platformaya gedir. Hədiyyə göndərən şəxs isə bunun üçün tətbiq daxili “coin” adlanan jetonlardan istifadə edir. Məsələn, 100 “coin”in dəyəri təxminən 3 manat 50 qəpikdir. 1000 “coin” üçün isə bu məbləğ 35 manat təşkil edir.

Bəs “TikTok”dakı hədiyyələr neçəyədir?

“Cebheinfo.az” “Tiktok”da ən çox göndərilən hədiyyələrin qiymətlərini araşdırıb:

• Gül (Rose) - 1 “coin” (0.02 AZN) 

• Panda - 5 “coin” (0.12 AZN)

• Ətir (Perfume) - 20 “coin” (0.46 AZN)

• Səni sevirəm (I Love You) - 49 “coin” (1.10 AZN) 

• Konfeti (Confetti) - 100 “coin” (2.26 AZN) 

• Günəş eynəyi (Sunglasses) - 199 “coin” (4.50 AZN)

• Pul yağışı (Money Rain) - 500 “coin” (11.30 AZN)

• Disko topu (Disco Ball) - 1000 “coin” (22.60 AZN)

• Sirena (Mermaid) - 2988 “coin” (67.50 AZN)

• Təyyarə (Airplane) - 6000 “coin” (135.60 AZN)

• Planet - 15 000 “coin” (339.20 AZN) 

• Diamond Uçuşu (Diamond Flight) - 18 000 “coin” (407.00 AZN) 

• Şir (Lion) -29 999 “coin” - (678.20 AZN)

• “TikTok” Kainatı (“TikTok” Universe) - 44 999 “coin” (956.20 AZN).

Elmir Mustafa

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
cebheinfo.az

2Mənbələr