AZ

MİQ də iştirakın ödənişli olması təklifi son oxunuşda qəbul edilib

Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirakın ödənişli olması haqda təklif son oxunuşda qəbul edilib.

SİA xəbər verir ki, bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Qeyd edilib ki, dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
13
sia.az

8Mənbələr