AZ

“Prezidentin sərəncamı Abşeronun sosial iqtisadi inkişafına mühüm töhfə verəcək” Nigar Məmmədova

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan son illərdə regionun mühüm siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilib və dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. 2003-cü il prezident seçkilərində xalqın Heydər Əliyevin siyasi kursunun davamına verdiyi dəstək ölkədə sabitliyin və inkişafın əsasını qoyub. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova İlham Əliyevin regionların inkişafına yönəlmiş siyasətindən və Abşeron rayonunda yol infrastrukturunun yenilənməsi ilə bağlı imzaladığı son sərəncamdan danışarkən bidirib.

Deputatın sözlərinə görə, "Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən Hökməli və Qobu qəsəbələrində avtomobil yolları əsaslı təmir olunacaq. Bu məqsədlə 2025-ci il dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri çərçivəsində ilkin olaraq 1 milyon 400 min manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Nigar Məmmədova vurğulayıb ki, yol infrastrukturunun yaxşılaşdırılması təkcə nəqliyyat rahatlığı deyil, eyni zamanda tibbi xidmətlərə, təhsilə, iş yerlərinə çıxışın asanlaşması, vətəndaşların təhlükəsizliyi və sahibkarlığın inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.

“Təmsil etdiyim dairə üçün bu, insanların həyat keyfiyyətinin yüksəldilməsi deməkdir,”- deyə deputat bildirib.

Sonda deputat qeyd edib ki, sözügedən sərəncam yerli səviyyədə mövcud real ehtiyacları nəzərə alır, mərkəzi və regional icra orqanları arasında əməkdaşlığı gücləndirir və problemlərin sistemli həllinə şərait yaradır. Nigar Məmmədova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz adından və seçiciləri adından minnətdarlığını ifadə edib.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
redaktor.az

2Mənbələr