AZ

Siyavuş Novruz Türkiyə ilə Azərbaycan arasında imzalanmış sənədlərdən DANIŞDI

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Türkiyə ilə Azərbaycan arasında imzalanmış bu sənədlərin xüsusilə təhsil sahəsində əlaqələrin daha da genişlənməsinə xidmət edir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə çıxışı zamanı bildirdi.

Deputat qeyd edib ki, Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan Baş naziri ilə birlikdə yüzdən artıq müqavilə imzalanıb və bu sənədlərin böyük bir hissəsi məhz təhsil sahəsini əhatə edir.

Onun sözlərinə görə, bu, iki qardaş ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşdiyini göstərir.

Siyavuş Novruzov vurğulayıb ki, hazırda Azərbaycanda müxtəlif ölkələrə məxsus məktəblər fəaliyyət göstərir, lakin Türkiyə məktəblərinin üstünlük təşkil etməsi daha məqsədəuyğundur.

Deputat bunu dil baryerinin olmaması və milli-mənəvi dəyərlərin yaxınlığı ilə izah edib. O bildirib ki, Azərbaycan tələbələrinin Türkiyədə, Türkiyə tələbələrinin isə Azərbaycanda müxtəlif ixtisaslar üzrə - xüsusilə neft sənayesi, tibb və hərbi sahələrdə təhsil alması vacibdir:

"Əsas məqsəd gənclərin təhsil alıb yenidən Azərbaycana qayıtması və əldə etdikləri bilikləri ölkənin inkişafına yönəltməsidir. Xüsusilə hərbi təhsil sahəsində Türkiyə ilə əməkdaşlıqda NATO standartlarına uyğun hərbi təhsil almış kadrlar gələcəkdə Azərbaycan Ordusunun quruculuğunda mühüm rol oynayacaq".

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
1
redaktor.az

2Mənbələr