
Avropa İttifaqı (AB) Rusiyaya tətbiq edilən iqtisadi sanksiyaları daha 6 ay uzatmaq qərarına gəlib.
Aİ Şurası, Ukraynanı qeyri-sabitləşdirən hərəkətlərinə görə Rusiyaya tətbiq edilən iqtisadi tədbirlərin 31 iyul 2026-cı ilə qədər uzadıldığını açıqladı.
Bəyanatda xatırladılır ki, 2022-ci ilin fevral ayında Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Aİ sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirilib.
Aİ sanksiyaları çərçivəsində Rusiya ticarət, maliyyə, enerji (neft və kömür), sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və lüks mallar, qızıl və brilyant da daxil olmaqla geniş məhdudiyyətlərlə üzləşir.
Sanksiyalara həmçinin Rusiyadan Aİ-yə dəniz yolu ilə xam neft və müəyyən neft məhsullarının idxalına qadağa, bəzi Rusiya banklarının beynəlxalq ödəniş sistemindən SWIFT-dən kənarlaşdırılması və çoxsaylı yayım təşkilatlarının fəaliyyətinin dayandırılması daxildir.
Aİ müharibə səbəbindən indiyə qədər Rusiyaya qarşı 19 sanksiya paketi tətbiq edib.