Komitə sədri qeyd edib ki, hazırda Azərbaycanda müxtəlif ölkələrin, - Avropa dövlətlərinin, Rusiyanın məktəbləri fəaliyyət göstərir. Türkiyə məktəblərinin fəaliyyəti də burada xüsusi yer tutmalı olduğunu bildirən S. Novruzov Azərbaycanlı tələbələrin Türkiyədə, Türkiyəli tələbələrin isə Azərbaycanda müxtəlif ixtisaslar üzrə - xüsusilə neft sənayesi, hərbi və tibb sahələrində - təhsil almaları olduqca vacib olduğunu bildirib:
"Biz çalışmalıyıq ki, bu cür təhsil mübadiləsi genişlənsin və məzun olan tələbələr öz fəaliyyətlərini Azərbaycanda davam etdirsinlər. Bu təkcə dil baryerinin aradan qaldırılması baxımından deyil, eyni zamanda ortaq milli-mənəvi dəyərlərin təşviqi baxımından da mühümdür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31