ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çeçenistan Respublikasının lideri Ramzan Kadırovun oğlu Əhməd mükafat aldığını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə onun "Telegram" kanalında paylaşdığı məlumatda bildirilib.
Kadırov burada atası ilə birlikdə fotosunu paylaşıb. Respublika başçısı kiçik Kadırova "Çeçenistan Respublikasının ilk prezidenti Hacı Əhməd Kadırovun xatirəsinə" medalını təqdim edib.
Əhməd Kadırov Çeçenistan Respublikasının Bədən Tərbiyəsi və İdman naziri vəzifəsini tutur.
Qeyd edək ki, Hacı Əhməd Kadırov Respublika lideri Ramzan Kadırovun atası idi.
Ağarza Elçinoğlu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.