AZ

Məşhur hücumçu 18 ay meydana çıxmadı müqaviləsini ləğv etdilər

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İtaliyanın "Milan" klubu uzun müddətdir heyətdən kənarda qalan hücumçusu Divok Oriqi ilə əməkdaşlığı dayandırıb.

Milli.Az-ın məlumatına görə, bu barədə tanınmış insayder Fabritsio Romano açıqlama verib.

Bildirilib ki, 2023/2024 mövsümündə icarə əsasında İngiltərənin "Nottinqem Forest" klubunda çıxış edən belçikalı futbolçu ilə müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv olunub.

30 yaşlı forvard son dəfə 2023-cü ilin may ayında "Milan"ın formasında meydana çıxıb. Məlumata görə, Oriqinin illik qazancı təxminən 4 milyon avro təşkil edib.

Qeyd edək ki, Divok Oriqi 2022-ci ildə "Milan" klubuna transfer olunmuşdu.

Hüseyn

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
news.milli.az

2Mənbələr