AZ

"Baksol yolu"nda 28 yaşlı kişinin kollektora düşərək ölməsi ilə bağlı məhkəmədə ittiham elan olunub

Bakı. Trend:

Bakıda 28 yaşlı Cümşüd Cümşüdlünün yolun çökməsi nəticəsindəkanalizasiyaya düşərək ölməsi ilə bağlı cinayət işi üzrə ittihamedilən sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəməninnövbəti prosesi keçirilib.

Trend xəbərverir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdətəqsirləndirilən Azər Cümşüdovun vəkili Anar Ramazanov vəsatətlərləçıxış edib.

Vəkil daşınmaz əmlakın reyestri və kadastrı üzrə mütəxəssisləriniştirakı ilə hadisə yerinə baxış keçirilməsini, Azərbaycan DövlətSu Ehtiyyatları Agentliyinin mütəxəssislərinin də prosesə cəlbolunmasını xahiş edib.

Eyni zamanda, vəkil hadisə baş verən əraziyə obyektlərin“Təhlükəsiz şəhər” kameraları ilə bağlı da müvafiq qurumlara sorğuverilməsini məhkəməyə bildirib.

Məhkəmə birinci və ikinci vəsatəti təmin edib.

Digər vəsatətlərin baxılmamış saxlanılıb.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan verib.

Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.

Məhkəmənin növbəti prosesi 15 yanvara təyin edilib.

Qeyd edək ki, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlüCümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiyasularının axdığı kanala düşüb.

Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-dəsaat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəyerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxışkeçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləriəldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub.Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanalAzərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İriŞəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsininBakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindənistismar olunur.

Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda CinayətMəcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəbolan səhlənkarlıq) cinayət işi başlanıb.

Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiqxidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov iş üzrətəqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində polisnəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Məqalədə:
Seçilən
59
14
az.trend.az

10Mənbələr