AZ

Türkiyə Qarabağın yenidən qurulmasında əsas tərəfdaşlardan biridir - Ömər Bolat

BAKI,TurkicWorld,Fərid Mikayılov

Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyənin ticarət naziri Ömər Bolat bildirib ki, Türkiyə şirkətləri işğaldan azad edilmiş Qarabağ bölgəsinin bərpası və yenidən qurulması prosesində 5 milyard ABŞ dollarından artıq dəyərdə layihələrlə iştirak edib.

TurkicWorld xəbər verir ki, nazirin sözlərinə görə, Türkiyə şirkətləri bu günədək ümumilikdə dünyada 12 min 600-dən çox layihə icra edərək 550 milyard ABŞ dollarını aşan portfel formalaşdırıb.

Ömər Bolat qeyd edib ki, bu çərçivədə Türkiyə şirkətləri indiyədək Azərbaycanda təxminən 560 layihə həyata keçirib və xüsusilə Qarabağın yenidən qurulmasında fəal iştirak ediblər. Nazir vurğulayıb ki, Azərbaycan Ordusunun hərbi uğurları və şəhidlərin fədakarlığı nəticəsində azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin iştirakı ilə icra olunan layihələr bölgənin sosial-iqtisadi dirçəlişinə mühüm töhfə verir.

Nazir əlavə edib ki, hazırda Qarabağda sənaye və kənd təsərrüfatı sahələrində yeni investisiya layihələri vasitəsilə region iqtisadiyyatının canlandırılması məqsədilə Azərbaycan və Türkiyə hökumətləri arasında sıx və koordinasiyalı əməkdaşlıq davam etdirilir.

Bununla yanaşı, Ömər Bolat Azərbaycan–Türkiyə Birgə İqtisadi Komissiyasının dövlət rəhbərliyi səviyyəsində səmərəli fəaliyyət göstərdiyini qeyd edərək, aidiyyəti qurumların növbəti iclasa qədər üzərlərinə düşən tapşırıqları tam şəkildə icra etməyə çalışacaqlarını bildirib.

Seçilən
14
turkic.world

1Mənbələr