Bakı. Trend:
Rəqəmsal mühitdə uşaqlar üçün böyük imkanlar olsa da, eynizamanda ciddi çətinliklər də mövcuddur. Mən qəti şəkildə inanıramki, dövlətlər rəqəmsal mühitdə uşaqların hüquqlarını təşviq etməkvə qorumaq sahəsində liderlik etməlidirlər. Dövlətin fəal liderliyiolmadan, uşaqlar üçün dayanıqlı nəticələr əldə etmək mümkündeyil.
Trend xəbərverir ki, bunu BMT-nin Uşaq Hüquqları Komitəsinin sədri SofiyaKiladze bu gün Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin təşkilatçılığı ilə "Rəqəmsal mühitdə uşaqlarınmüdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusundakeçirilən beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, səmərəli irəliləyiş üçün bütün aidiyyətitərəfdaşlarla – beynəlxalq təşkilatlarla, özəl sektor, biznes,vətəndaş cəmiyyəti, akademik qurumlar və uşaqların özləri ilə güclüəməkdaşlıq vacibdir:
"Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi BMTsistemində uşaq hüquqları üzrə əsas beynəlxalq nəzarət mexanizmirolunu oynayır. Bu Komitə Uşaq Hüquqları Konvensiyasının və onunəlavə protokollarının icrasına nəzarət edir. Bu sənədlər artıq 196dövlət tərəfindən ratifikasiya olunub. Komitə uşaqların bütünhüquqlarının – həm onlayn, həm də oflayn – necə qorunduğunuaraşdırır, o cümlədən bu hüquqların rəqəmsal mühitdə necə təminolunduğunu qiymətləndirir", - o əlavə edib.