Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasirdövlətçilik tariximizdə adı qızıl hərflərlə yazılan liderlərdəndir.Onun rəhbərliyi dövründə Azərbaycan böyük sınaqlardan çıxaraq yenizirvələr fəth etmiş, regionda və dünyada nüfuzlu, söz sahibi olandövlətə çevrilmişdir. Prezident İlham Əliyevin ad günü münasibətiləölkəmizin inkişafında misilsiz rol oynayan fəaliyyət yoluna nəzərsalmaq qürurvericidir.
Prezident İlham Əliyev 2003-cü ildən etibarən xalqın etimadı iləölkəyə rəhbərlik edir. Bu illər ərzində həyata keçirilənməqsədyönlü siyasət Azərbaycanın iqtisadi, siyasi və sosialbaxımdan güclənməsini təmin etmişdir. Ulu Öndər Heydər Əliyevinəsasını qoyduğu dövlətçilik kursunu uğurla davam etdirən Prezidentİlham Əliyev onu müasir dövrün çağırışlarına uyğun zənginləşdirərəkyeni mərhələyə yüksəltmişdir.
Son illərin ən möhtəşəm nailiyyəti, şübhəsiz ki, Azərbaycanınərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır. 2020-ci ildəVətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ildə həyatakeçirilən antiterror tədbirləri nəticəsində ölkəmiz öz torpaqlarıüzərində tam nəzarəti təmin etmişdir. Bu Zəfər Prezident İlhamƏliyevin qətiyyətli siyasi iradəsinin, uzaqgörən strategiyasının vəgüclü ordunun formalaşdırılması istiqamətində apardığı ardıcılsiyasətin nəticəsi idi. Azərbaycan xalqı məhz onun rəhbərliyialtında 30 ilə yaxın davam edən ədalətsizliyə son qoydu.
Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurdagenişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qısamüddətdə müasir şəhər və kəndlər salınır, yollar, tunellər,elektrik stansiyaları, məktəblər, xəstəxanalar inşa olunur, havalimanları istifadəyə verilir. “Böyük Qayıdış” proqramı çərçivəsindəminlərlə ailə doğma yurdlarına qovuşur. Prezident İlham Əliyevinşəxsi nəzarəti ilə həyata keçirilən bu proses Qarabağın dirçəlişinivə bölgənin ölkənin ən inkişaf etmiş regionlarından birinəçevriləcəyini göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan güclüiqtisadi inkişaf yolu keçmişdir. Neft və qaz gəlirlərinin düzgünidarə olunması, iqtisadiyyatın şaxələndirilməsi siyasəti ölkəmizidayanıqlı inkişaf modelinə sahib dövlətə çevirmişdir. Qeyri-neftsektorunun inkişafı, sənaye parklarının yaradılması, kəndtəsərrüfatına dəstək proqramları minlərlə yeni iş yerininaçılmasına, regionların tarazlı inkişafına şərait yaratmışdır.Əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə maaş vəpensiyaların artırılması, sosial paketlərin genişləndirilməsiPrezidentin siyasətində insan amilinin əsas prioritet olduğunugöstərir.
Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən nəhənglayihələr – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub QazDəhlizi kimi strateji xəttlər Azərbaycanı Avropanın etibarlı enerjitərəfdaşına çevirmişdir. Eyni zamanda, yaşıl enerji zonalarınınyaradılması, bərpa olunan enerji layihələrinin icrası gələcəyəhesablanmış müdrik siyasətin göstəricisidir.
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsindəAzərbaycan beynəlxalq arenada nüfuzlu mövqe qazanmışdır. Ölkəmizmüstəqil və balanslaşdırılmış siyasəti ilə seçilir, beynəlxalqtəşkilatlarda fəal iştirak edir. Azərbaycanın Qoşulmama Hərəkatınasədrlik etdiyi dövrdə irəli sürdüyü təşəbbüslər, xüsusən pandemiyazamanı qlobal həmrəyliyə çağırışları ölkəmizin artan nüfuzununbariz nümunəsi oldu. Bu gün Azərbaycan regionda sabitliyin vəəməkdaşlığın əsas dayaqlarından biri kimi tanınır.
Hörmətli Prezident İlham Əliyev bu gün Azərbaycan xalqınınbirlik və qürur rəmzidir. Onun rəhbərliyi altında ölkəmiz güclüorduya, möhkəm iqtisadiyyata, artan beynəlxalq nüfuza və ən əsası,Zəfər ruhuna sahibdir. Xalqın Prezidentə olan inamı və dəstəyihəyata keçirilən siyasətin doğruluğunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin ad günü münasibətilə ona möhkəmcansağlığı, uzun ömür və Vətənimizin tərəqqisi naminə məsuliyyətlifəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, onunrəhbərliyi ilə Azərbaycan dövləti daha böyük nailiyyətlərə imzaatacaq, parlaq gələcəyə doğru inamla irəliləyəcəkdir.
Milli Məclisin deputatı,
Əminə Ağazadə