ain.az, Bakivaxti portalına istinadən məlumat verir.
"Polşa Ukraynada hava hücumu xəbərdarlığı elan edildikdən sonra döyüş təyyarələrini həyəcan vəziyyətinə gətirdi".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa Ordusunun Əməliyyat Komandanlığı məlumat yayıb.
Komandanlığın "X" səhifəsindəki paylaşımda deyilir: "Hərbi təyyarələr Polşa hava məkanında uçuşlar həyata keçirir. Qırıcılar havaya qaldırılıb və yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri tam hazırlıq vəziyyətinə gətirilib".
Qeyd edək ki, dekabrın 23-ü səhər Ukraynanın hər yerində hava hücumu həyəcanı elan edilib.
Zeynəb Rzayeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.