AZ

Vaşinqton dünyada ən güclü hərbi gəmilər hazırlayacaq

Bu barədə ABŞ Prezidenti Donald Tramp özü Mar-a-Laqo iqamətgahında keçirdiyi mətbuat konfransındaməlumatverib. Konfransa Dövlət katibi Marko Rubio, Hərbi Dəniz Qüvvələri naziri Con Felan və müdafiə naziri Pit Heqset də qoşulublar. Donald Tramp diqqətə çatdırıb ki, ilkin mərhələdə iki hərbi gəminin inşası planlaşdırılır:

"Bu gəmilər indiyədək hazırlanmış istənilən gəmidən daha böyük, daha sürətli və yüz dəfə daha güclü olacaq. Onlar ABŞ-nin dənizdə üstünlüyünü artırmaq məqsədilə qurulan "Qızıl Donanma"nın əsasını təşkil edəcək".

Prezidentin verdiyi məlumata əsasən, gəmilər hazırda dizayn mərhələsindədir:

"Onların inşası 2030-cu illərin əvvəllərində başlayacaq. Onlardan biri "USS Defiant" adlanacaq. Yeni hərbi gəmilər hipersəs silahlarla təchiz olunacaq".

ABŞ Hərbi Dəniz Qüvvələrinin yaydığı əlavə məlumata görə, "Tramp sinifi" həm aviadaşıyıcı zərbə qrupunda hava hücumundan müdafiə rejimində, həm də donanma əməliyyatlarında istifadə ediləcək.

Firudin Həmidli
AzVision.az
Seçilən
22
1
azvision.az

2Mənbələr