AZ

Azərbaycan Türkiyə İnvestisiya Forumunda iki əməkdaşlıq sazişi imzalanıb

ain.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumu çərçivəsində Azərbaycan və Türkiyə şirkətləri arasında iki əməkdaşlıq sazişi imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, imzalanan sənədlərdən biri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin “GAMA Enerji” şirkəti arasında enerji sahəsində əməkdaşlığı nəzərdə tutur.

Forum çərçivəsində, eyni zamanda, Azərbaycan və Türkiyə şirkətləri arasında investisiya və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş daha bir saziş imzalanıb. Sənəd iki ölkə arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi və birgə layihələrin təşviqinə xidmət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
4
operativmm.az

5Mənbələr