AZ

ABŞ üçün Qrenlandiya niyə bu qədər vacibdir? VİDEO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qrenlandiya ABŞ üçün təbii sərvətlərinə görə deyil, milli təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Florida ştatında yerləşən

Mar-a-Laqo iqamətgahında jurnalistlərə açıqlamasında bildirib.Trampın sözlərinə görə, ABŞ-ın Qrenlandiya ilə bağlı xüsusi nümayəndə təyin etməsi də məhz bu strateji əhəmiyyətlə bağlıdır.ABŞ Prezidenti Luiziana ştatının qubernatoru Ceff Lendrinin Qrenlandiya üzrə xüsusi nümayəndə təyin olunmasına münasibət bildirərək qeyd edib ki, bu qərar Vaşinqtonun adaya verdiyi müstəsna önəmi açıq şəkildə nümayiş etdirir.“Bizə Qrenlandiya faydalı qazıntılara görə yox, maliyyə və milli təhlükəsizlik baxımından lazımdır. Qrenlandiyanın sahil xəttinə diqqətlə baxsanız, hər yerdə Rusiya və Çin gəmilərini görərsiniz. Qrenlandiya milli təhlükəsizliyimiz üçün son dərəcə vacibdir. Biz ona sahib olmalıyıq”, – deyə Tramp vurğulayıb.Ağ Evin rəhbəri əlavə edib ki, Ceff Lendri son dərəcə bacarıqlı və sərfəli razılaşmalar bağlamağı bacaran bir fiqurdur. Tramp Qrenlandiya ilə bağlı məsələlərdə ona tam etibar etdiyini də qeyd edib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
2
bizim.media

3Mənbələr