AZ

AZPROMO: Türkiyə şirkətləri üçün Azərbaycanın xüsusi iqtisadi zonalarına və logistika mərkəzlərinə səfərlər təşkil ediləcək

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Türkiyə şirkətlərinin nümayəndələrinin Azərbaycanın sənaye və logistik infrastrukturunu yaxından tanıması üçün xüsusi iqtisadi zonalara və logistik mərkəzlərə səfərlərinin təşkil edilməsi planlaşdırılır.

TurkicWorld xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.

"Bizim məqsədimiz tərəfdaşların konkret layihələr üzrə birbaşa tanışlığını təmin etməklə onların investisiya qərarlarının sürətləndirilməsinə dəstək verməkdir. Bu forumda Türkiyədən olan investorları Azərbaycanın sərmayə imkanlarına daha yaxından nəzər yetirməyə dəvət edirik və əminik ki, bugünkü tədbirimiz çox uğurlu keçəcək", - deyə o qeyd edib.

Seçilən
30
turkic.world

1Mənbələr