AZ

Jurnalist Masazır avtobusundan şikayət etdi: Abır həya qalmayıb, qanqaraçılıqdır

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Mümkünsə, 525 saylı Masazır-Memar Əcəmi marşrutuna bir əl gəzdirin. Camaat hər səhər pik saatlarda yollarda qalır". 

Ölkə.Az xəbər verir ki, bu barədə jurnalist Elgün Mənsimov Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət ünvanlayıb. O, avtobusların intervalının çox olmasından kəskin narazılığını bildirib:

“Avtobusların sayı artırıldı, interval guya 5 dəqiqəyə düşəcəkdi, amma 10-15 dəqiqəyə ancaq gəlirlər. Gələndə də sürücülər, saxlamır, saxlasalar da, minməyə yer yoxdur. İnsanlar rəsmən presslənir. Camaat yazıqdır. Belə olmaz! 

Zəngilan şəhərciyinə hər iki avtobusdan birinin 2-3 nəfərlə  getməyi mütləqdirmi? Olmazmı pik saatlarda 3-4 avtobusdan birini ora göndərəsiniz?! Şəhər istiqamətindən gələn o 2-3 nəfər düşüb digər avtobusu gözləyə bilər. Amma minlərlə insana yazıq deyilmi?

Vətəndaşlar arasında, vətəndaşlar və sürücülər arasında  abır-həya da qalmayıb. Hər gün dava, hər gün söz-söhbət, hər gün qanqaraçılıq! Sərnişinlərin də, sürücülərin də psixologiyası pozulub artıq!”

Qeyd edək ki, sözügedən şikayətlə əlaqədar Ölkə.Az AYNA-ya sorğu ünvanlayıb.

Billurə

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
olke.az

2Mənbələr