AZ

Oğuzhan Hasipoğlu: Texnologiya uşaqların istismarına deyil, inkişafına xidmət etməlidir

BAKI, 23 dekabr. TELEQRAF

Şimali Kipr valideynlərin rəqəmsal bacarıqlarının artırılmasına çalışır. Bu uşaqların rəqəmsal mühitdə müdafiəsi üçün ən vacib addımlardan biri hesab olunur.

Teleqraf xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, konfransın sonunda imzalanacaq digital mühitdə uşaqların qorunması bağlı birgə bəyanat bu sahədə əməkdaşlığa xidmət edəcək.

"Hesab edirik ki, texnologiya uşaqların inkişafına xidmət etməlidir, onların istismarına deyil. Qeyri-hökumət təşkilatları, uşaq influenserləri, dövlət qurumları və beynəlxalq qurumlarla əməkdaşlıq sayəsində atılan addımlar rəqəmsal mühitdə uşaqların müdafiəsində mühüm rol oynaya bilər", - o əlavə edib.

Seçilən
47
teleqraf.com

1Mənbələr