AZ

Cevdet Yılmaz Zəngəzur dəhlizindən danışdı

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Rusiya-Ukrayna müharibəsi səbəbilə Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb. Bu mənada Orta Dəhlizin ən mühüm komponentlərindən biri olan Azərbaycanla bu sahədə əməkdaşlığımızı davam etdiririk".

"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

"Şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında 8 avqust 2025-ci il tarixində imzalanan və sülhün bərqərar olunmasına yönəlik yol xəritəsini ehtiva edən Saziş regional sabitlik baxımından mühüm bir mərhələ yaradır. Bu çərçivədə Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin rəqabət qabiliyyətini daha yüksək səviyyəyə qaldıracaq".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
2
cebheinfo.az

3Mənbələr