AZ

İki təyyarə Bakı aeroportuna MƏCBURİ ENİŞ ETDİ

Ajans.az xəbər verir ki, Airbus A350 tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 00:54-də uğurla eniş edib. Dərhal sonra sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib və o, şəhər klinikalarından birinə yerləşdirilib.
  Hava gəmisi saat 02:59-da uçuşunu təyinat məntəqəsinə davam etdirib.
  Bununla yanaşı, "Cargolux Airlines" aviaşirkətinə məxsus, Çjençjou – Aşqabad marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı, təyinat aeroportunda mövcud olan əlverişsiz meteoroloji şərait səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.
  Boeing 747 tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 08:32-də təhlükəsiz şəkildə eniş edib.
 

Bütün tədbirlər müəyyən edilmiş prosedurlara və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına tam uyğun şəkildə həyata keçirilib.

Seçilən
32
46
Ajans.az

10Mənbələr