AZ

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri həbs olunub

Bakı. Trend:

Gürcüstanda rüşvətə görə ölkənin Dövlət Təhlükəsizlik xidmətininsabiq rəhbəri Qriqol Liluaşvili saxlanılıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokurorluğuməlumat yayıb.

Liluaşvili bir neçə epizod üzrə ittiham olunur. Onların arasındarüşvət alma, Uşaq Bağçalarının İdarə Edilməsi Agentliyininsatınalmaları ilə bağlı cinayətlər yer alır.

Məlumata görə, günahı sübuta yetirilərsə onu 11 ildən 15 iləqədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

“Gürcüstanın Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətitərəfindən birgə həyata keçirilmiş operativ və istintaq tədbirlərinəticəsində Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri QriqolLiluaşvili saxlanılıb. O, istintaqın icraatında olan bir neçəcinayət işi üzrə rüşvət almaqda ittiham olunur”- deyə Baş prokurorGiorgi Qvarakidzenin bəyanatında deyilir.

Məqalədə:
Seçilən
34
az.trend.az

1Mənbələr