AZ

BMT İranla bağlı iclaskeçirəcək

BMT Təhlükəsizlik Şurası (TŞ) İranın nüvə proqramı ilə bağlı xüsusi iclas keçirməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, bununla bağlı BBC telekanalı xəbər yayıb.

Məlumata görə, iclasda İranın nüvə fəaliyyəti ətrafında yaranmış son vəziyyət müzakirə olunacaq. BBC qeyd edir ki, bu proses İsrailin baş naziri Benyamin Netanyahunun gələn həftə ABŞ prezidenti Donald Trampla mümkün görüşü fonunda baş verir və İran məsələsinin həmin görüşün əsas mövzularından biri olacağı gözlənilir. 

Bəzi mənbələr Təhlükəsizlik Şurasının iclasının çərşənbə axşamı baş tutacağını bildirir. Rusiya və Çin isə iclasın BMT platformasında təşkil edilməsinə qarşı çıxan ölkələr sırasında göstərilir.

Nuriyyə NATİQQIZI

Seçilən
39
redaktor.az

1Mənbələr