AZ

İlham Əliyev alternativi olmayan yeganə Liderdir

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.

Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın quruculuq salnaməsini inkişaf etdirən, yeni uğurlar yazan, daim Zirvəyə daşıyan və müasir siyasətimizdə alternativi olmayan yeganə Liderdir. O, Azərbaycanın milli qürur mənbəyi, dövlətçiliyimizin simvoludur. Azərbaycan Onun Siyasi uzaqgörənliyinin, müdrik dühasının və əsl lider məharətinin sayəsində müstəqil, suveren dövlət kimi adını müasir tarixinizə qızıl hərflərlə yazdırmışdır.

Cənab İlham Əliyev 1995-2000-ci illərin əvvəlində yetkin siyasi lider, böyük siyasətə hazır şəxsiyyət kimi regional və planetar statusda qəbul edilirdi. Heydər Əliyev kimi nəhəng strateqin unikal idarəçilik məktəbində yetişməsi növbəti mərhələdə Azərbaycanın dövlət idaretmə institutunun qeyd-şərtsiz Ona həvalə edilməsini şərtləndirirdi. Ulu öndər 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində prezident seçkilərində öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürərəkən nikbin tərzdə bildirirdi ki, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyev qarşıda duran bütün məsələləri başa çatdıracaq: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Xalq Heydər Əliyev yolunun yeganə əmanəti olan cənab İlham Əliyev ətrafında yekdilliklə birləşərək 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərinə dərin etimadını nümayiş etdirdi. Bununla da Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar hadisə, yeni mərhələ başlandı.

Prezident İlham Əliyev çalışdığı mötəbər dövlət vəzifəsində hər zaman xalqa arxalanıb, güc alıb, xalqın iradəsi ilə irəliyə addımlayıb. Atdığı hər addımda milli maraq və mənafeləri, vətəndaşların həyatını uca tutub, siyasi ömrünü dövlətimizə və xalqımıza fəda edib. Dövlətin ali kürsüsündə ölkənin qarşısında dayanan bütün məsələlərin necə və hansı yolla həll edilməsini hər kəsdən yaxşı bilirdi. Onun ən ali amalı, müqəddəs ideyası, bir nömrəli vəzifəsi torpaqlarımızı erməni işğalından azad etmək idi. Oktyabrın 31-də andiçmə mərasimində də bu taleyüklü məsələni ən birinci manifesti kimi elan etdi: “Biz Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik, iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə yönəldəcəyik. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

Seçilən
70
publika.az

1Mənbələr