BAKI, 23 dekabr. TELEQRAF
Azad ticarət sazişinin imzalanması imkanlarını araşdırmaq üçün Azərbaycanla bir araşdırma başlatdıq.
Teleqraf xəbər verir ki, bu fikirləri II Azərbaycan -Türkiyə İnvestisiya Forumunda Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.
O bildirib ki, bu Əli Əsədovla ilə dünən imzalanan fəaliyyət planının bir bəndində yer alıb:
“Bu istiqamətdə danışıqlarımızı davam etdirəcək və iş adamlarımızın əməkdaşlığı daha asan və sərfəli şəkildə inkişaf etdirmələri üçün birlikdə işləməyə davam edəcəyik.
Bu mənada, investisiyalarımızın irəliləməsi sevindiricidir”.