AZ

Keçmiş baş prokurorun evində axtarış aparıldı - 1 mln avro, 3 kq qızıl...

Fransa polisi Ukraynanın keçmiş prokuroru Stanislav Piskuna məxsus Nitsa şəhərindəki villada axtarış aparıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, istintaq zamanı 1 milyon avro və 3 kq qızıl müsadirə edilib.

Axtarışlar həm Fransa, həm də Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılıb. Axtarış tələbi Ukrayna Dövlət Təhqiqat Bürosu tərəfindən təqdim edilib.

Məlumata görə, Piskunun işi üzrə dəlil kimi 1 milyon avrodan çox dəyərində 18 ədəd lüks saat, üç kiloqram qızıl külçə və 90.000 avro nağd pul müsadirə edilib. Eyni zamanda, keçmiş hökumət məmuru hüquq-mühafizə orqanlarına valyutanın mənşəyi, qızılın alınması və ölkəyə saatların idxalı ilə bağlı sənədlər təqdim edə bilməyib.

Nəticədə Piskuna qarşı cinayət işi açılıb; keçmiş prokuror saxlanılıb, lakin sonradan sərbəst buraxılıb.

Gülayə Mecid 

Seçilən
56
2
unikal.az

3Mənbələr