AZ

İtaliya Superkubokunu “Napoli” qazandı

“Napoli” finalda “Bolonya”nı 2:0 hesabı ilə məğlub edərək, İtaliya Superkubokunun qalibi olub.

Msport.az xəbər verir ki, turnir Səudiyyə Ərəbistanında keçirilib, həlledici görüş Ər-Riyadın “Al-Avval Park” stadionunda baş tutub.

Hesabı 39-cu dəqiqədə hücumçu David Neres açıb. Neres ikinci hissənin 57-ci dəqiqəsində dubl edib. İtaliya Superkubokunun yarımfinalında “Napoli” “Milan”ı 2:0 hesabı ilə məğlub edib, “Bolonya” isə “İnter”dən güclü olub (penaltilərdə 1:1, 3:2).

Qeyd edək ki, Superkubokda qələbələrin sayına görə rekordçu “Yuventus”dur. “Qoca sinyora” kuboku 9 dəfə qazanıb.

Seçilən
20
1
msport.az

2Mənbələr