Bakı. Trend:
İkitərəfli ticarət dövriyyəmizə baxdıqda, ötən il Azərbaycanlaticarətimizin 8 milyard ABŞ dollarına çatdığını görürük. Bu,olduqca əhəmiyyətli göstəricidir.
Trend xəbərverir ki, bunu Türkiyə Respublikasının vitse-prezidenti CevdetYılmaz bu gün Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiyaForumunda deyib.
O bildirib ki, cari ildə müəyyən azalma ehtimalı mövcuddur ki,bu da əsasən neft qiymətlərindəki dəyişikliklər və digər müvəqqətiamillərlə bağlıdır:
"Lakin bu geriləmənin keçici olacağına inanırıq. Məqsədimiz,prezidentlərimizin müəyyən etdiyi 15 milyard dollarlıq ticarəthədəfinə çatmaqdır. Buna da iş dünyamızla birlikdə nail olacağımızaürəkdən inanırıq".
İnvestisiyalar sahəsində əldə edilən nəticələr məmnunluqdoğurur. Bu gün Türkiyədən Azərbaycana birbaşa investisiyalar 18milyard dollara, Azərbaycandan Türkiyəyə yatırımlar isə 21 milyarddollara yaxınlaşıb. Ümumilikdə 39 milyard dollarlıq investisiyahəcmi formalaşıb ki, bu da olduqca əhəmiyyətlidir.
Bu həcmin daha da artmasını istəyirik. Belə forumlar məhz bunaxidmət edir. Çünki investisiyalarla ticarət arasında birbaşa əlaqəmövcuddur. Qarşılıqlı investisiyalar artdıqca, ticarət əlaqələrimizdə daha möhkəm və dayanıqlı zəminə oturacaq.
Bu fürsətdən istifadə edərək Türkiyə investorlarını Azərbaycana,azərbaycanlı investorları isə Türkiyəyə dəvət edirik. Yalnızqarşılıqlı deyil, üçüncü ölkələrdə də birgə layihələr həyatakeçirməyi tövsiyə edirik", - deyə vitse-prezident vurğulayıb.