“Dünən dəyərli qardaşım Cevdet Yılmazla biz Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasını çox uğurla keçirdik. Ticarət-iqtisadi əlaqələrimizin gündəliyində duran aktual məsələləri müzakirə etdik, qarşılıqlı prioritet təşkil edən sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçirdik. Bu gün isə hər iki ölkənin biznes dairələrinin nümayəndələri ilə görüşmək üçün bir araya gəlmişik. Ümidvarıq ki, bugünkü görüş biznes cəmiyyətlərimiz üçün faydalı olacaq, ölkələrimiz tərəfindən yeni konkret birgə investisiya təşəbbüslərinin reallaşdırılmasına təkan verəcək”, - deyə Əli Əsədov vurğulayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta