AZ

"Sumqayıt" hamıdan öndədi - tamaşaçı sayına görə

Misli premyer-liqasında 2025/26 mövsümünün ilk hissəsində 95 oyun keçirilib.

"Football-plus.az" xəbər verir ki, bu matçları 124 min 60 tamaşaçı izləyib. Orta göstərici 1306-yə bərabər olub.

12-ci turun “Sumqayıt” – “Qarabağ” matçında (2:4) daha çox tamaşaçı qeydə alınıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 9100 seyrçi toplayıb.

Daha bir görüşdə bu rəqəm 5 mindən yuxarı olub. 10-cu turun “Turan Tovuz” – “Şamaxı” qarşılaşmasını (2:1) Tovuz şəhər stadionunda 5800 izləyici seyr edib.

“Sumqayıt” ev oyunlarındakı orta tamaşaçı sayında 1-ci yerdə qərarlaşıb. “Turan Tovuz”un ikinci olduğu siyahıda ilk “üçlüy”ü “Neftçi” qapayır.

Seçilən
37
7
football-plus.az

10Mənbələr