AZ

Gün ərzində nə qədər piyada gəzmək lazımdır?- Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır

Bakı. Trend:

“Gündəlik piyada hərəkəti insan sağlamlığının sadə, amma əngüclü qoruyucu vasitələrindən biridir. Ürək-damar sistemi,dayaq-hərəkət aparatı, həm də psixoloji vəziyyət üçün piyadagəzməyin təsirləri uzun illərdir elmi araşdırmalarla sübutolunub”.

Trend xəbərverir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”verilişində fizioterapevt- reabilitoloq Aytən Musayevaaçıqlayıb.

Onun sözlərinə görə, son illərdə ekspertlər artıq “nə qədər çoxgəzsən, o qədər yaxşıdır” prinsipi əvəzinə daha dəqiq vəfərdiləşdirilmiş çərçivələr təqdim edirlər:

“Çünki hər insanın yaşına, fiziki hazırlığına, xronikixəstəliklərinə, hamiləlik vəziyyətinə uyğun ideal məhdudiyyətlərivə imkanları var. Gün ərzində piyada gəzməyin ümumi qəbul olunannorması 6 000 – 8 000 addım və ya təxminən 30–45 dəqiqə fasiləsizvə ya bölünmüş gəzinti hesab olunur. Bu rəqəm Ümumdünya SəhiyyəTəşkilatının minimal aktivlik qaydalarına uyğundur və oturaq həyattərzi keçirən insanlar üçün sağlamlıq risklərini ciddi şəkildəazaldır. Lakin burada vacib məqam var: fiziki aktivlik “hamıyaeyni” qaydada tətbiq olunmur. Yaşlılarda 6 000 addım artıq idealhəddi təmin edir, lakin gənc və sağlam insanlar üçün 8 000 – 10 000addım daha yaxşı nəticə verir. Gün ərzində çox gəzən, lakin digərfiziki aktivliyi olmayan insanlarda isə təkcə piyada gəzməkoynaqların yükünü artırıb bel və diz ağrılarına səbəb ola bilər.Ona görə də gəzinti həmişə əzələ gücləndirmə və dartınmahərəkətləri ilə tamamlanmalıdır”.

A.Musayeva bildirib ki, hamilə qadınlar üçün piyada gəzməkxüsusi əhəmiyyət daşıyır:

“Hamiləlik dövründə qan dövranı yüklənir, metabolizm yüksəlir vəçanaq-bağ aparatında relaksin hormonunun təsiri ilə boşalma başverir. Bu səbəbdən uzun müddətli və sürətli gəzinti qasıq və belnahiyəsində əlavə gərginlik yarada bilər. Bu dövrdə həkimlərümumilikdə 5 000 – 7 000 addım, yəni 20–30 dəqiqəlik gəzintinitəhlükəsiz hesab edirlər. Hamiləliyin riskli olduğu hallarda(qəhvəyi axıntı, qarın gərginləşməsi, təzyiq dəyişməsi) gəzintimütləq məhdudlaşdırılmalıdır.

Fizioloji ritmə görə gəzinti ən çox səhər saatlarında10:00–12:00 arası və günorta yeməyindən 40–60 dəqiqə sonra edilənpiyada aktivliyi qan şəkərini balanslaşdırır və şişkinliyinqarşısını alır. Axşam saatlarında isə yüngül 15 dəqiqəlik gəzintiyuxu keyfiyyətini artırır. Sürət də önəmlidir: çox sürətli və nəfəsdarlığı ilə yürüş gündəlik sağlamlıq üçün yox, artıq idman məşqinəkeçir və hər kəs üçün uyğun deyil. Orta sürətli, rahat nəfəs alınantemp optimaldır”.

Fizioterapevt qeyd edib ki, əgər insanda aktiv oynaq iltihabı,bel yırtığı kəskinləşməsi, kəskin tromboflebit, təzyiqinqeyri-stabilliyi və ya hamiləlikdə qarın dartınması varsa, uzunməsafələr zərər verə bilər:

“Həddinə qədər gəzinti güc və enerji verir, ancaq həddindənartıq gəzinti əks təsir yaradır: yorğunluq, əzələ spazmı, topuqşişməsi, diz oynaqlarında yüklənmə və ayaq altı fassiyanınqıcıqlanması. Nəticə olaraq, gündəlik piyada aktivliyi nə qədərdüzgün planlanır və şəxsin öz bədəninin imkanlarınauyğunlaşdırılır, bir o qədər də sağlamlıq üçün dəyərli olur.Gəzintinin məqsədi bədəni cəzalandırmaq yox, onu hərəkət vasitəsiləgücləndirməkdir. İnsan öz orqanizmini dinlədikcə və imkanlarınıanlayaraq hərəkət rejimini tənzimlədikcə piyada gəzmək təkcə fizikisağlamlıq deyil, psixoloji rahatlıq üçün də ən sadə və təsirlivasitəyə çevrilir”.

Məqalədə:
Seçilən
16
4
az.trend.az

5Mənbələr