Tünd şokoladın əsas tərkib hissəsi olan teobromin hüceyrələrin qocalma sürətini yavaşladaraq bioloji yaşı azalda bilər.
Ölkə.az Milli.Az-a istinadla xəbər verir ki, London Kral Kolleci tərəfindən aparılan tədqiqatda, qanında teobromin səviyyəsi yüksək olan iştirakçıların bioloji yaşı xronoloji yaşlarından xeyli aşağı olduğu müəyyən edilib.
Tədqiqatçılar bildirirlər ki, teobromin insan bədənində telomer uzunluğu və DNT-də kimyəvi dəyişikliklər üzərindən hüceyrələrin qocalma prosesinə təsir göstərir. Professor Jordana Bell qeyd edib ki, bu tapıntılar gündəlik qidalanma ilə uzunömürlülük arasında əhəmiyyətli əlaqəyə işıq tutur, lakin çox şokolad yemək tövsiyə edilmir.
Mütəxəssislər həmçinin vurğulayırlar ki, bütün tünd şokolad eyni deyil və istehlak zamanı tərkibinə diqqət yetirmək vacibdir.
Tünd şokolad yalnız dadlı desert deyil, həm də hüceyrələr üçün gənclik iksiri ola bilər.