AZ

ABŞ bu ölkəyə hərbi texnika SATIR

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İspaniyaya F-404 mühərrik fanları və onlarla əlaqəli avadanlıqların satışına təsdiq verib.

"Cebheinfo.az" xəbər verir ki, Pentaqona tabe olan Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyi (DSCA) İspaniyaya mümkün hərbi satışlarla bağlı açıqlama yayıb.

Açıqlamaya görə, təxmini dəyəri 200 milyon dollar olan F-404 mühərrik fanlarının və müvafiq avadanlıqların İspaniyaya satışı təsdiqlənib.

Bəyanatda bildirilir: “Mümkün satış İspaniyanın mövcud və gələcək təhdidlərlə mübarizə qabiliyyətini gücləndirəcək, eləcə də ABŞ və digər müttəfiq qüvvələrlə qarşılıqlı fəaliyyət imkanlarını artıracaq”.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr