AZ

Məşhur futbolçu karyerasını bitirdi

"Barselona", "İnter" və "PSJ"nin keçmiş yarımmüdafiəçisi Rafinya Alkantara 32 yaşında karyerasını başa vurub.
ONN xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarında məlumat yayıb.
"Mən karyeramı bitirmək qərarına gəldim. Bir ildən bir az çox müddət əvvəl dizimdən zədə aldım, təəssüf ki, bu, mənə yenidən ən yüksək səviyyədə çıxış etməyə imkan vermir", - braziliyalı oyunçu yazıb.
Qeyd edək ki, futbolçunun son klubu Qətərin "Əl-Ərəbi" klubu olub.
Seçilən
81
onn.az

1Mənbələr