AZ

Türkiyənin ərazisində fəaliyyət göstərən 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq - Əli Əsədov

SOCAR Türkiyəyə 19 milyard ABŞ dolları sərmayə qoymaqla qardaş ölkənin ən böyük xarici investorudur.

Day.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

Baş nazir vurğulayıb ki, bu sərmayələr çərçivəsində şirkət neft emalı, neft-kimya və təbii qaz sahələrində bir çox strateji layihələr həyata keçirmişdir:

"Bu gün də SOCAR qardaş Türkiyənin iqtisadiyyatına sərmayə qoymaqla, yeni layihələr vasitəsilə fəaliyyətini genişləndirir. Bu gün burada Türkiyənin ərazisində fəaliyyət göstərən 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair imzalanacaq sənəd bunun sübutudur".

Seçilən
13
2
day.az

3Mənbələr