AZ

Azərbaycan Ukraynaya qaz təchizatına başlaya bilər –Marşrut təsdiqləndi

Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynanın milli enerji tənzimləyiciləri regional bağlantını və təchizat təhlükəsizliyini gücləndirən yeni 2 və 3 marşrutlarını təsdiqləyiblər.

AzPost bildirir ki, bu barədə Yunanıstan-Bolqarıstan Qarşılıqlı Əlaqə Operatoru (ICGB)-nin icraçı direktorları Georgiy Satlas və Teodora Georgiyeva bildiriblər.

ICGB-nin (Yunanıstan-Bolqarıstan Qarşılıqlı Əlaqə Operatoru) iştirakı ilə hazırlanan marşrutlar, o cümlədən Azərbaycandan Yunanıstan, Albaniya və İtaliyaya qaz nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə qaz təchizatını təmin edir.

22 dekabrdan etibarən marşrutlar Regional Sifariş Platformasında (RBP) mövcud olacaq və ICGB istifadəni təşviq etmək üçün standart aylıq tarifində 46% endirim təklif edəcək.

“Bu, Şaquli Qaz Dəhlizi oxu boyunca yerləşən ölkələrin operatorları və Avropa Komissiyası ilə sıx əməkdaşlıq çərçivəsində koordinasiyalı idarəetmə və texniki işin nəticəsidir.” -deyə ICGB-nin icraçı direktorları Georgiy Satlas və Teodora Georgiyeva deyib. “ICGB region üçün qaza çevik, etibarlı və şaxələndirilmiş çıxış təmin etmək və xüsusilə də Ukraynanı kritik bir vaxtda dəstəkləmək məqsədi ilə yeni məhsulların hazırlanmasında və tətbiqində aparıcı rol oynayıb”.

AzPost.az

Seçilən
14
2
azpost.info

3Mənbələr