AZ

Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Fuad İbrahimovdan  

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.

Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin kollektivi Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir.

Sizin qətiyyətli addımlarınız, müdrik siyasətiniz sayəsində Qarabağ problemi birdəfəlik həll olundu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi.

Biz Sizinlə - dünya siyasi arenasında ən hörmətli və nüfuzlu liderlərdən biri olan Prezidentimizlə fəxr edirik. Bu, eyni zamanda, hər birimizin üzərinə daha böyük məsuliyyət qoyur – fəaliyyətimizlə Azərbaycanın adını xaricdə hər zaman uca tutmaq və onun nüfuzunun daha da artmasına töhfə vermək.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbriklərimizi çatdırırıq.

Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, yeni-yeni qələbələr arzulayırıq. İnanırıq ki, Siz öz uzaqgörənliyiniz, zəngin təcrübənizlə Azərbaycanı daim zirvələrə ucaldacaqsınız.

Dərin hörmətlə,

Fuad İbrahimov

Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində

fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri

Seçilən
14
2
azerbaijan-news.az

3Mənbələr