FİFA aut və ofsaydları müəyyən etmək üçün yeni texnologiyanı sınaqdan keçirir.
Fanat.Az xəbər verir ki, informasiyanı BBC yayıb.
Mənbənin məlumatına görə, beynəlxalq futbol qurumu topun meydandan kənara çıxıb-çıxmadığını müəyyən edə bilən yeni texnologiyanı sınaqdan keçirir. "Out of Bounds" yeniliyi dekabr ayında keçirilən üç Qitələrarası Kubok matçında sınaqdan keçirilib.
FİFA həmçinin ofsayd xəttinin müəyyənləşdirilməsini sürətləndirmək üçün real vaxt rejimində 3D rekonstruksiya imkanlarını genişləndirib. Video köməkçi hakim (VAR) və televiziya auditoriyaları üçün hər iki qapıçının baxışlarını əks etdirən iki virtual yayım mövcuddur.
Yeni texnologiyalar FIFA və "Hawk-Eye Innovations" tərəfindən hazırlanıb. Onların milli çempionatlarda nə vaxt tətbiq olunacağı hələlik məlum deyil.